AZ

Qadına hücum edən sosial media fenomeninə ağır cəza verildi

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

İstanbulun Arnavutköy rayonunda yolda mübahisə etdiyi qadına hücum edən sosial media fenomeni Hülya Sönmez ağır cəzalandırılıb.

Ölkə.az xəbər verir ki, məlumata görə, sosial şəbəkələrdə “Kelebek Sarsılmaz” adı ilə tanınan Hülya Sönmez avtomobildə hərəkətdə olarkən başqa bir qadın sürücü ilə mübahisə edib.

Gərginliyin artmasından sonra avtomobildən düşən fenomen qadın sürücüyə kəllə ataraq hücum edib. Hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Baş verən hadisədən sonra qadın sürücünün polisə müraciət edərək şikayətçi olduğu bildirilib. Görüntüləri araşdıran Arnavutköy Rayon Polis İdarəsinin yol polisi əməkdaşları hadisə ilə bağlı geniş araşdırmaya başlayıblar.

Araşdırmalar nəticəsində Hülya Sönmez saxlanılıb. Qadına hücum etdiyi müəyyən edilən sosial media fenomeninə ümumilikdə 180 min türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunub. Bundan əlavə, onun sürücülük vəsiqəsi 60 gün müddətinə əlindən alınıb.

Həmçinin fenomenin idarə etdiyi avtomobilin də 60 gün müddətinə yoldan kənarlaşdırıldığı açıqlanıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
olke.az

3Mənbələr