AZ

Premyer Liqa: “Şamaxı” “Turan”a, “Qarabağ” “İmişli”yə qalib gəldi – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

“Şamaxı” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edib. Beş qolun qeydə alındığı görüşün yekununda meydan sahibləri qələbə qazanıblar.

Günün digər oyunu “Qarabağ”la “İmişli” arasında baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunun baş hakimi Emin Əliyev olub. Ağdam təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib.

Xatırladaq ki, daha öncə “Karvan” “Qəbələ”yə uduzub (1:2), “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəlib (2:0). “Zirə” – “Sumqayıt” və “Sabah” – “Neftçi” oyunları sabah keçiriləcək.

Premyer Liqa
32-ci tur

16 may

“Şamaxı” – “Turan Tovuz” 3:2
Qollar: Arsen Ağcabəyov, 9. Dioqo Balau, 28. Abdulla Rzayev, 83 – İbrahima Vadji, 65. Alexandro Serrano, 73.
Hakimlər: Ruslan Quliyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.

“Qarabağ” – “İmişli” 3:0
Qollar: Kamilo Duran, 46. Marko Yankoviç, 66. Adullah Zubir, 78.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 6. Yav Mozes.
Baş məşqçi: Xorxe Kaskilya.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
59
2
arena.az

1Mənbələr