AZ

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

Astanada “Saryarka” velotrekində “Silk Way Series Astana” beynəlxalq trek yarışı keçirilir. Yarışda iştirak edən ölkələr arasında Azərbaycan da yer alır.

AZƏRTAC-a Azərbaycan trek velosiped yığmasının gənclər məşqçisi Elçin Qasımov bildirib ki, Azərbaycan 5 idmançı ilə təmsil olunur - bir qadın idmançı və dörd gənc, həmçinin üç texniki işçi komandada yer alıb.

Məşqçi qeyd edib ki, hazırkı yarış komanda üçün test xarakterli müsabiqədir - idmançıların hazırlıq səviyyəsini müəyyən etmək məqsədi daşıyır. Əsas məqsəd isə Almaniyada keçiriləcək gənclər üzrə Avropa çempionatına hazırlaşmaqdır.

“Medal şanslarımız var və biz bu hədəfə doğru irəliləyirik”, - deyə E.Qasımov vurğulayıb.

Seçilən
1
3
azerbaijan-news.az

4Mənbələr