AZ

Sabah Bakıda WUF13 start götürür

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 17-də öz işinə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.

WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.

Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası keçiriləcək.

Seçilən
26
36
publika.az

9Mənbələr