ain.az bildirir, Bizim media portalına istinadən.
Rusiya lideri Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, siyasətçilər Yaxın Şərqdəki və İran ətrafındakı böhranlı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.“Hər iki tərəf regionun bütün dövlətlərinin maraqları lazımi dərəcədə nəzərə alınmaqla, kompromisli sülh razılaşmalarının hazırlanması üçün siyasi-diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb", - məlumatda qeyd olunub.Bundan əlavə, tərəflər Rusiya Federasiyası ilə BƏƏ arasında siyasi, ticarət və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə ediblər.Mətbuat xidmətinin vurğuladığına görə, Vladimir Putin və Məhəmməd bin Zayed Al Nəhyan fəal ikitərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.Rusiya Prezidenti, həmçinin Ukraynadakı münaqişə ilə bağlı humanitar tapşırıqların həllində göstərdiyi müntəzəm köməkliyə görə Əbu-Dabiyə təşəkkürünü bildirib.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.