AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 16 may, AZƏRTAC
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib.
WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib.
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib.
WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub.
Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub.
AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb.
Növbəti mövsümdə "Qarabağ" UEFA Avropa Liqasında, "Turan Tovuz" isə Konfrans Liqasında çıxış edəcək.
Sabah Bakıda WUF13 tədbiri işə başlayır.