AZ

Rusiyada azərbaycanlıları hədəfə alan anti-miqrant reydlərə Mixiyev-Xudokormov cütlüyü rəhbərlik edir - DETALLAR

Rusiyada miqrantlara qarşı reydlərdə iştirak edən millətçi “Rus icması” qruplaşmasının fəaliyyəti və onun dövlətə yaxın dairələrlə əlaqələri barədə yeni araşdırma diqqət çəkib.

Musavat.com xəbər verir ki, “BBC Eye” və BBC-nin rusdilli xidməti tərəfindən hazırlanan materialda bu strukturun xüsusilə MDB ölkələrindən olan miqrantlara, o cümlədən azərbaycanlılara qarşı əməliyyatlarda fəal olduğu bildirilir.

Araşdırmada qeyd olunur ki, 2020-ci ildə yaradılan “Rus icması” Rusiyanın bir sıra böyük şəhərlərində fəaliyyət göstərir və mütəmadi anti-miqrant reydlərində iştirak edir. Bu reydlərin əsas hədəf qruplarından biri kimi MDB ölkələrindən gələn miqrantlar göstərilir.

Xüsusilə azərbaycanlı əmək miqrantlarının bəzi hallarda yoxlamaların, saxlanmaların və ictimai təzyiqlərin mərkəzində olduğu iddia edilir. BBC-nin materialına görə, reydlər təkcə hüquq-mühafizə orqanlarının əməliyyatları ilə məhdudlaşmır, bəzi hallarda millətçi qrupların birbaşa iştirakı ilə həyata keçirilir.

Araşdırma “Rus icması” ilə əlaqələndirilən maliyyə və ideoloji şəbəkəni də təsvir edir. İddialara görə, qruplaşma iri biznes dairələri və siyasi şərhçilərə bağlı fondlardan dəstək alır.

Как

Sözügedən şəxslərdən biri Rusiyanın nəhəng aqroholdinqi “Prodimeks”in sahibi İqor Xudokormovdur. O, ölkədə “şəkər kralı” kimi tanınır və milyardlarla dollar sərvətə malik biznes imperiyasına rəhbərlik edir. Araşdırmada onun Rusiya siyasi elitasına yaxınlıq iddiaları da yer alır.

Rusiyada

Digər fiqur isə Kremlin mövqeyinə yaxın çıxışları ilə tanınan siyasi şərhçi Sergey Mixiyevdir. O, tez-tez Vladimir Solovyovun televiziya proqramlarında görünür və dövlətə yaxın media mühitində fəal iştirak edir.

“Rus icması”nın region nümayəndələrindən biri BBC-yə açıqlamasında təşkilat fəaliyyətlərinin Federal Təhlükəsizlik Xidməti (FSB) və digər hüquq-mühafizə strukturları ilə “razılaşdırıldığını” bildirib.

Bundan əvvəl Meduza da təşkilatın FSB ilə yaxın əlaqələrinə dair iddialar yayıb və strukturun millətçi qrupların idarə olunması və sonradan onlara qarşı hüquqi tədbirlər üçün istifadə edildiyi ehtimalını gündəmə gətirib. Son illərdə Rusiyada miqrasiya siyasətinin sərtləşməsi müşahidə olunur. Xüsusilə Mərkəzi Asiya ölkələrindən olan miqrantlarla yanaşı, Azərbaycan və digər MDB ölkələrindən gələn işçi qüvvəsinə qarşı yoxlamaların və inzibati təzyiqlərin artdığı bildirilir. BBC araşdırmasına görə, bu proses rəsmi dövlət siyasəti ilə deyil, həm də dövlətə yaxın iqtisadi və ideoloji şəbəkələrin fəaliyyəti ilə paralel şəkildə formalaşır və miqrantların gündəlik həyatına birbaşa təsir göstərir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr