AZ

Premyer Liqanın XXXII turunda "Şamaxı" və "Qarabağ" qələbə qazanıb

Misli Premyer Liqasının XXXII turunda daha iki görüş baş tutub.

News365.az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (10), Dioqo Balau (28) və Abdulla Rzayev (83) fərqləniblər. Tovuz klubundan isə İbrahima Vadji (65) və Alexandro Serrano (73) rəqib qapısına yol tapıblar.

Bu nəticədən sonra "Turan Tovuz" 59 xalla 3-cü pillədə yer alıb. 38 xala malik "Şamaxı" isə 8-cidir.

Günün digər matçında "Qarabağ" "İmişli" ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Topları Kamilo Duran (47), Marko Yankoviç (66-p.) və Abdullah Zubir (78) rəqib qapısından keçiriblər.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hazırda 66 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 33 xala malik "İmişli" isə doqquzuncudur.

Xatırladaq ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.


Seçilən
0
9
news365.az

10Mənbələr