AZ

10 min manat borca görə, 110 minlik evindən oldu – “Kəpəz” BOKT-dan şikayət (VİDEO)

Masazır qəsəbəsində yaşayan Hüseyn Mustafayev 10 min manat borca görə 110 minlik evindən olduğunu iddia edir.   

KONKRET.az xəbər verir ki, o, bu iddianı “Xəzər Tv”yə şikayətində səsləndirib.

Hüseyn Mustafayev bildirir ki, 2019-cu ildə 5 otaqlı fərdi yaşayış evini “Kəpəz” Bank Olmayan Kredit Təşkilatına (BOKT) girov qoyaraq oradan 10 min manat kredit götürüb. Razılaşmaya əsasən, faizlə birlikdə ümumi ödənişin 3 il ərzində 20 min manat olması nəzərdə tutulub. Borcun bir hissəsi ödəndikdən sonra gecikmə yaranıb və faiz hesablanıb.

Şikayətçinin iddiasına görə, Bank Olmayan Kredit Təşkilatı ilə aralarında olan problem bununla da yekunlaşmayıb. Sonradan dəyəri təxminən 110 min manat olan evi hərraca çıxarılıb və 51 min manata satılıb. Evin hərraca çıxarılması ilə bağlı da sahibinə heç bir məlumat verilməyib.

Seçilən
16
2
konkret.az

10Mənbələr