AZ

İranda atom elektrik stansiyasının tikintisi bərpa olundu

İranda "Buşəhr" atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun tikintisi üzrə işlər yenidən bərpa edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov bəyanat yayıb.

Hazırda podratçılarla birlikdə sahədə qalan rusiyalı mütəxəssislər çalışırlar.

Tikinti əməliyyatlarına texniki və məsləhət dəstəyi isə məsafədən (onlayn) idarə olunur. Bununla yanaşı, "Rosatom" İrandakı "Buşəhr" AES-də Rusiya personalının sayının artırılması planlarının hazırlanmasına başlayıb.

"Biz işçi heyətinin sayının artırılması planlarının işlənməsinə start verdik. Lakin mövcud şərait tam aydınlaşana qədər personalın tam tərkibdə tikinti sahəsinə qaytarılması barədə qərar qəbul etmək hüququmuz yoxdur", - deyə korporasiya rəhbəri vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl İrandakı "Buşəhr" AES-in tikintisinə 2,2 minə yaxın iranlı fəhlənin geri qayıtdığı bildirilirdi.

Musavat.com

Seçilən
81
1
musavat.com

2Mənbələr