"Bavariya"nın hücumçusu Harri Keyn 2025/26 mövsümünü 58 qolla başa vurub.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu Bundesliqada 36, UEFA Çempionlar Liqasında 14, Almaniya Kubokunda 7 və Almaniya Superkubokunda daha 1 qol vurub.
Təcrübəli forvard bu gün Bundesliqanın son turunda "Köln"lə oyunda (5:1) het-trik edib.
Keyn bununla Robert Levandovskinin Bundesliqa təmsilçilərində çıxış edən futbolçular arasında bütün turnirlər üzrə bir mövsümdə vurulan qol rekordunu qırıb. "Bavariya"nın sabiq hücumçusu 2019/20 mövsümündə 55 qol vurmuşdu.
saytlarin hazirlanmasi