PSJ-nin mərkəz yarımmüdafiəçisi Joao Neveş “Mançester Siti”nin transfer hədəfinə çevrilib.
"Ölkə.az" xəbər verir ki, bu barədə “ElNacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə nəhəngi 21 yaşlı portuqaliyalını yay transfer pəncərəsi zamanı əldə etməyi planlaşdırır. “Siti” Neveş üçün 115 milyon avro xərcləməyə hazırdır.
Neveş bu mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin PSJ ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun dəyəri 110 milyon avrodur.