AZ

Makron ali posta namizəd göstərildi

Avropa İttifaqına (Aİ) Fransa Prezidenti Emmanuel Makron rəhbərlik edə bilər.

Redaktor.az xəbər verir ki, bu təkliflər Slovakiyanın Baş naziri Robert Fitso çıxış edib.

Avropa İttifaqı rəhbərliyinə mümkün namizədin adını çəkən Fitso xatırladıb ki, Makronun Fransa Prezidenti postundakı mandatı 2027-ci ildə başa çatır. Baş nazir qeyd edib ki, Avropanın güclü liderlərə ehtiyacı var və hazırda Avropa İttifaqında bu rolu üzərinə götürməyə qadir olan yeganə şəxs məhz Fransa Prezidentidir.

Daha əvvəl Fitso veto hüququnun ləğvinin Avropa İttifaqının sonunun başlanğıcı olacağını bəyan edərək, bunu qurumun parçalanma əlaməti adlandırmışdı. Hazırda təşkilatda yekdillik prinsipi qüvvədədir və buna əsasən, hər bir üzv ölkə qəbul edilən qərarı mütləq təsdiqləməlidir.

Seçilən
1
2
redaktor.az

10Mənbələr