AZ

Rusiya iqtisadi böhrana doğru gedir ISW

ain.az, Azvision portalına istinadən məlumat yayır.

4 ay ərzində Rusiya büdcəsinin kəsiri 78,4 milyard dollara çatıb. Bu, planlaşdırılan illik kəsirdən 150% artıqdır. Əsas vəsait müharibəyə və ölkədə sosial sabitliyi qorumağa sərf olunur. Eyni zamanda ölkədə vergilər artırılır, daha çox borc alınır və biznesə təzyiq gücləndirilir. “Forbes”in məlumatına görə, 2026-cı ilin birinci rübündə Rusiyada 209.000 kiçik və orta müəssisə bağlanıb. ISW vurğulayır ki, ölkədə işsizliyin aşağı olması rifahın yox, səfərbərliyin nəticəsidir. İnsanların hərbi sənayeyə kütləvi axını işçi qüvvəsinin çatışmazlığını yaranıb. Hərbçilərə yüksək ödənişlər inflyasiyanı körükləyir, iqtisadiyyatlı daha çox müharibədən asılı vəziyyətə salır. ISW həmçinin xəbərdarlıq edir ki, Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi Kremlin raket istehsalını sürətlə artırmasına və Ukrayna şəhərlərinə daha çox zərbələr endirməsinə səbəb ola bilər. Hazırda Rusiya raketləri istehsal olunan kimi istifadə edilir. Tariyel Həsənov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
azvision.az

1Mənbələr