AZ

Yapon oyun nəhəngi Rusiyanı oyundan çıxardı

Yaponiyanın məşhur oyun şirkəti Konami Rusiya və Belarus ərazisində bütün xidmətlərini dayandıracağını açıqlayıb.

Musavat.com xəbər verir ki, məhdudiyyətlər iyunun 15-dən qüvvəyə minəcək. Qərar çərçivəsində ən azı Metal Gear Solid və eFootball oyunlarının serverləri söndürüləcək.

Bildirilir ki, “Metal Gear Solid: The Phantom Pain” oyunçuları artıq oyunun daxilində xəbərdarlıq almağa başlayıblar. Xəbərdarlıqda onlayn rejimin, o cümlədən FOB sisteminin 15 iyunda deaktiv ediləcəyi qeyd olunur.

Oxşar bildirişlər “eFootball” platformasında da yerləşdirilib. Qeyd edilir ki, Rusiya və Belarus istifadəçiləri əvvəlki alışlar və topladıqları nəticələrə baxmayaraq, artıq şəbəkə üzərindən oynaya bilməyəcəklər.

Şirkət digər regionlarda xidmətlərin adi qaydada davam edəcəyini bildirib. Oyunçulara isə region ayarlarını dəyişmək tövsiyə olunur.

Musavat.com

Seçilən
1
23
musavat.com

10Mənbələr