AZ

NATO-nun Baş katibi Avropa şirkətləri ilə hərbi istehsalın artırılmasını müzakirə edəcək

NATO-nun Baş katibi Mark Rutte müdafiə sektorunda fəaliyyət göstərən Avropa şirkətlərinin nümayəndələri ilə görüş planlaşdırır.

 

Bu barədə "Financial Times" (FT) mənbələrinə istinadən xəbər verib.

 

Bildirilib ki, görüşün məqsədi onları bu sahəyə investisiyaları və məhsulların istehsal həcmini artırmağa çağırmaqdır.

 

Qəzetin məlumatına görə, görüş gələn həftə Brüsseldə keçiriləcək.

 

Görüşdə Almaniyanın "Rheinmetall", Fransanın "Safran", "Airbus", İsveçin "Saab", Avropanın MBDA və İtaliyanın "Leonardo" şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Seçilən
33
3
senzor.az

4Mənbələr