ain.az, Baku.ws saytına istinadən bildirir.
"WUF13-ün əsas mövzusu olan "Dünyanın mənzillə təmin edilməsi: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mənzil məsələsini qlobal şəhər müzakirələrinin mərkəzinə yerləşdirir. Mənzil yalnız sosial məsələ deyil, bu, iqtisadi məsələdir, iqlim məsələsidir, inkişaf məsələsidir və ən əsası insan ləyaqəti məsələsidir".
BAKU.WS xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər səviyyəsində görüşdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, mənzil insanların imkanlara, təhsilə, səhiyyəyə və dolanışıq vasitələrinə çıxışını formalaşdırır:
"Mənzi lşəhər inkişafının planlı və ya parçalanmış, dayanıqlı və ya həssas olduğunu göstərir. Məhz buna görə Yeni Şəhər Gündəliyinin mənzil ölçüsü siyasət yönümlü qərarlarımızın mərkəzində qalmalıdır".
"Dünyanın müxtəlif yerlərində biz artan urbanizasiya, əlçatan mənzil problemləri, qeyri-formal yaşayış məntəqələri, iqlim dəyişikliyi səbəbindən məcburi köç və dayanıqlı infrastruktur tələbatının artdığını görürük. Bunlar ayrı-ayrı problemlər deyil, inteqrasiya olunmuş həllər tələb edən qarşılıqlı əlaqəli reallıqlardır.
Buna görə də mənzil məsələsinə yalnız tikinti kimi deyil, torpaq istifadəsi, mobillik, infrastruktur, yaşıl məkanlar, iqtisadi məhsuldarlıq və sosial həmrəyliklə əlaqələndirilmiş kompleks şəhər siyasəti kimi yanaşılmalıdır"-deyə Anar Quliyev fikirlərini yekunlaşdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.