AZ

Anar Quliyev: Mənzil məsələsinə yalnız tikinti, inşaat deyil, həmçinin ətraflı şəhər siyasəti kimi baxılmalıdır

Mənzil əslində sosial məsələ olmaqla qalmır, bu, iqlim məsələsidir, iqtisadi məsələdir, inkişaf məsələsidir və həmçinin insan şərəfi və ləyaqəti məsələsidir. Mənzil, eyni zamanda, təhsil, səhiyyə və güzəranla əlaqəli məsələdir.

Moderator.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə çıxışı zamanı deyib.

"Bütün dünyada şəhər əhalisinin durmadan artdığını görürük. Bu da istər-istəməz məskunlaşma, yerləşmə baxımından, iqlim dəyişikliyi ilə və eyni zamanda, infrastruktur üzərində təzyiqlə bağlı müəyyən çağırışlar yaradır. Bütün bunlar bir-biri ilə əlaqəli reallıqlardır ki, vahid həllər tələb edir. Bu baxımdan, mənzil məsələsinə yalnız tikinti, inşaat deyil, həmçinin ətraflı şəhər siyasəti kimi baxılmalıdır: Torpaq istifadəsi, mobillik, infrastruktur, yaşıl məkanlar, iqtisadi, məhsuldarlıq və sosial vəhdət".

Nazirlər görüşünün dünya forumunun ən əsas seqmentlərindən biri olduğunu qeyd edən A.Quliyev bildirib ki, o, forumun ilk sessiyalarından başlayaraq böyük bir yol keçərək, daha interaktiv və nəticə etibarlı platformaya çevrilib: "Yeni format bizə imkan verir ki, tək milli təcrübələri deyil, eyni zamanda, konkret həlləri, qabaqcıl təcrübəni və kollektiv, müştərək fəaliyyətlərimizi bir çox istiqamətlər üzrə - mənzil və məskunlaşma, şəhərsalma üzrə müzakirə edə bilək. Güclü şəkildə iştirak forumun əhəmiyyətinə dəlalət edir və digər tərəfdən BMT-nin Məskunlaşma Proqramı ilə qarşılıqlı etimad üzərində qurulmuş ümumi işimizi əks etdirir. Bugünkü görüş nazirlər üçün çox gözəl bir fürsətdir ki, əldə olmuş nailiyyətləri təhlil edək, qabaqcıl praktikanı müzakirə edək və eyni zamanda, qarşımızda olan problemləri nəzərdən keçirək".

Seçilən
21
3
moderator.az

4Mənbələr