AZ

Zelenski Rusiyanın Qərb komponentlərindən istifadə edərək raketlər hazırladığını bildirib  

Ukrayna Prezidenti Volodimir Zelenskinin iddiasına görə, Rusiya mayın 14-də Kiyevə hücumda istifadə olunan raketləri Qərb komponentləri olmadan istehsal edə bilməzdi.

AZƏRTAC xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb. Dövlət başçısının sözlərinə görə, mərmilər bu il istehsal olunub, onların komponentləri isə Avropada, ABŞ-də və Yaponiyada istehsal olunub.

Bu baxımdan Zelenski bildirib ki, Moskvaya təzyiq göstərməyin ən təsirli yolu Rusiya üçün raket və dron komponentlərinin bütün təchizat kanallarını bağlamaq və Rusiya əleyhinə sanksiyaları gücləndirməkdir.

Seçilən
6
2
azerbaijan-news.az

3Mənbələr