Birvaxtlar ölkənin ən böyük istedadlarından sayılan, “Everton”a qədər gedib çıxan veteran futbolçu Araz indiki durumu ilə bağlı “Football-plus.az”a açıqlama verdi:
“Hazırda Bakıdayam, müalicə alıram. Zədəm ayağın arxa hissəsindədi”.
Abdullayev cari mövsümdəki çıxışını da dəyərləndirdi:
“Təəssüf ki, az oynadım. Cəmi 9 oyuna çıxdım, amma üç qol vurdum. Məncə, elə də pis nəticə deyil. Gələn mövsüm harda oynayacağımla bağlı dəqiq nəsə deyə bilmərəm. Gözləmək lazımdı”.
Araz “Karvan-Yevlax”ın uğursuzluğunun səbəbini belə izah etdi:
“Təcrübə də lazım idi. Ümid edirəm ki, gələn mövsüm 1-ci liqada çempion olub, yenidən elitaya qayıdarlar. Qalsam da, qalmasam da, “Karvan-Yevlax”a uğurlar arzulayıram”.
MÜZƏFFƏR QULUZADƏ