AZ

Viləşçaydan sel keçir, suyun səviyyəsi 2 metrə qədər yüksəlib

Hazırda Viləşçaydan güclü sel keçir.

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında cənub rayonlarına yağan intensiv yağışlardan sonra Viləşçayda suyun səviyyəsi kəskin artıb. 

Suyun səviyyəsi təxminən 2 metrə qədər yüksəlib. Həmçinin Viləşçay Su Anbarında da dolma müşahidə olunduğundan qəza çıxışları vasitəsilə suyun ötürülməsinə başlanılıb.

Xəlil Əliyev

Seçilən
16
3
unikal.az

5Mənbələr