AZ

"Rasinq" 14 illik həsrətə son qoyub La Liqaya yüksəldi

İspaniya Sequndasında 40-cı tur yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, öz meydanında "Valyadolid"i 4:1 hesabı ilə üstələyən "Rasinq" 14 ildən sonra yenidən La Liqada iştirak hüququ qazanıb. 

Hazlrda 78 xal olan "Rasinq" turnir cədvəlinə başçılıq edir. Sözügedən kollektiv ən yaxın izləyicilərin - "Deportivo" və "Almeriya"nı 7 xal qabaqlayır. "Deportivo"nun ehtiyatda bir oyunu olsa da, mövsümün sonuna iki tur qaldığı üçün Santander təmsilçisinin yekunda ilk iki pillədən aşağı düşməyəcəyi və növbəti mövsüm La Liqada mübarizə aparacağı dəqiqləşib.

Toğrul

Seçilən
11
1
fanat.az

2Mənbələr