AZ

Anar Quliyev: gənclər peşəkar proseslərə, şəhərlərin qurulmasına və gələcəyin formalaşdırılmasına öz töhfələrini verirlər

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 17 may, AZƏRTAC

Gənclərin bu prosesdə iştirakı çox vacibdir. Çünki gənclər peşəkar proseslərə, şəhərlərin qurulmasına və gələcəyin formalaşdırılmasına öz töhfələrini verirlər.

AZƏRTAC xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.

O bildirib ki, gənclər, eyni zamanda, güclü iqtisadiyyata töhfə verirlər. Özəl sektorun rolunu vurğulayan Anar Quliyev, xüsusilə də kiçik və orta sahibkarları qeyd edib. Nəzərə çatdırıb ki, WUF13, eyni zamanda, biznes müəssisələrinin əməkdaşlığa və şəhərlərin inkişafına töhfə verməsi üçün şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
azertag.az

3Mənbələr