AZ

Bakıda mənzil böhranına qarşı həll yollarının formalaşdırılmasını gözləyirik - Anaklaudiya Rossbax

Bakıda mənzil böhranına qarşı həll yollarının formalaşdırılmasını gözləyirik

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda dünyada qlobal mənzil böhranı yaşanır və forumun əsas diqqət mərkəzində məhz bu məsələ dayanır.

"Biz bu bir neçə gün ərzində Bakıda siyasətlər və həll yolları formalaşdırılmasını gözləyirik ki, insanlar qarşılaşdıqları mənzil böhranının öhdəsindən gələ bilsinlər. Bu böhran qeyri-formal yaşayış məntəqələrində yaşayan insanları, ev almağa və ya kirayə ödəməyə imkanı olmayanları, eləcə də küçələrdə yaşayanları əhatə edir", - deyə o bildirib.

Rossbax vurğulayıb ki, bu qlobal problemin həlli üçün geniş əməkdaşlıq zəruridir: "Bizə hər kəs lazımdır - özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və güclü milli siyasətlər. Bu böhranı yalnız birlikdə həll edə bilərik".

O, çıxışının sonunda Bakıya ev sahibliyi üçün təşəkkür edib.

Seçilən
48
day.az

1Mənbələr