AZ

Musadik Malik: WUF13 də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Pakistanın iqlim dəyişikliyi naziri Musadik Malik Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi açıqlamasında deyib.

O bildirib ki, tədbir çərçivəsində mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir. “Bu məsələlər yalnız mənzil problemi ilə məhdudlaşmır. Buraya sosial infrastruktur, səhiyyəyə çıxış, təhsil imkanları da daxildir. Əgər ən yoxsul və həssas təbəqələr, gecəqondu və yoxsul məhəllələrdə yaşayan insanlar üçün həll yolları təqdim olunmasa, bu, qəbuledilən həll sayıla bilməz”, – deyə Musadik Malik qeyd edib.

Nazir tədbirin əsas məqsədlərindən birinin səsi eşidilməyən insanların problemlərini beynəlxalq platformalarda gündəmə çıxarmaq olduğunu vurğulayıb və bu istiqamətdə Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
azertag.az

4Mənbələr