AZ

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır VİDEO

Bakı, 17 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu urbanizasiya problemlərinin müzakirə olunduğu mühüm platformadır. Forumun builki sessiyasının əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri, Kuala Lumpurun sabiq meri Maimuna Mohd Şərif deyib. O vurğulayıb ki, mənzil yalnız insanların başı üzərində dam deyil, həm də insan ləyaqətinin və cəmiyyətin rifahının göstəricisidir. Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır. Yaşayış yerlərinin iş məkanlarından uzaqda yerləşməsi karbon emissiyalarını artırır.

Maimuna Mohd Şərif qeyd edib ki, mənzil məsələsi təhsil, iqtisadiyyat, insanların dolanışığı, iqlim dəyişikliyi və dayanıqlı inkişafla sıx bağlıdır. Forum çərçivəsində liderlərin yalnız bəyanatlar verməklə kifayətlənməməsi, ölkələrinə qayıtdıqdan sonra konkret fəaliyyət planları həyata keçirmələri vacibdir.

Müxbirlər - Göyçək Mahmudlu, Fərid Səlimov, Sara Əliyeva
Tərcümə etdi - Aytən Məmmədova
Fotoqraf - Tofiq Babayev
Videooperator - Vüsal Taqiyev
Seçilən
32
3
azertag.az

4Mənbələr