İspaniyalı Xabi Alonso yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, 44 yaşlı çalışdırıcı İngiltərə nəhəngi "Çelsi"yə baş məşqçi təyin edilib.
Məlumatı "zadəganlar"ın mətbuat xidməti yayıb.
London klubu ilə 4 illik müqavilə bağlayan Alonso işə iyulun 1-də başlayacaq.
Özünü "Bayer Leverkyzen"də isbatlayan sabiq yarımmüdafiəçi 2025-ci ilin mayında "Real Madrid"in "sükanı arxası"na keçsə də, klub onu bu ilin yanvarında qeyri-qənaətbəxş nəticələr səbəbindən istefaya göndərmişdi.
Toğrul