AZ

Tünd şüşəli eynəklər: Nəyə diqqət yetirilməlidir?

Optik eynəyi mütləq mütəxəssis təyin etməlidir.

“Yeni Sabah” xəbər verir ki, onlar insanların eynək seçərkən həkim məsləhəti almadan, yalnız görünüşünə görə hazır eynəklərə üstünlük verməsinin təhlükəli olduğunu bildirirlər.

Satışda olan hazır eynəklərdə hər iki şüşənin dərəcəsi eyni olur. Halbuki bəzi insanlarda gözlərin görmə zəifliyi fərqli olduğundan, belə eynəklər görmənin daha da zəifləməsinə, göz və baş ağrılarına səbəb ola bilər. Buna görə də eynək yalnız həkim müayinəsindən sonra təyin edilməlidir. Sezar pizza

Həm də keyfiyyət sertifikatına diqqət yetirilməsi tövsiyə olunur. Sertifikatda şüşənin materialı və ultrabənövşəyi şüalardan qoruma səviyyəsi barədə məlumat yer alır.

Bundan əlavə, eynəyin çəkisi və rəngi də önəmli hesab edilir. Yüngül eynəklər burun və qulaq nahiyəsinə daha az təzyiq göstərir. Uzaqdan görmə üçün nəzərdə tutulan eynəklərin çərçivəsinin daha böyük, yaxından görmə eynəklərinin isə daha ensiz olması istifadədə rahatlıq yaradır.

Keyfiyyətsiz eynəklər göz quruluğu, sulanma, katarakta kimi problemlərə səbəb ola bilər. Şüşələrin həddindən artıq tünd olması isə bəbəyin genişlənməsi, büllurun bulanması və görmə zəifliyi riskini artırır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
29
1
yenisabah.az

2Mənbələr