Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi və ən yaxşı praktikanın paylaşılması üçün mühüm platformadır.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Hindistan Şəhərsalma Mütəxəssisləri İnstitutunun prezidenti Pradip Kapur deyib.
O bildirib ki, rəhbərlik etdiyi qurum Hindistanda fəaliyyət göstərən peşəkar şəhərsalma təşkilatıdır və 11 mindən çox üzvü var. Onun sözlərinə görə, WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi və ən yaxşı praktikanın paylaşılması üçün mühüm platformadır. “Hindistan böyük əhalisi və ciddi mənzil çatışmazlığı olan ölkədir. Biz bu problemi həll etməyə çalışırıq və düşünürük ki, Hindistanın əlçatan mənzil siyasəti digər ölkələr üçün də faydalı ola bilər”, - deyə o vurğulayıb.