“Bu forumda Afrikanın səsini çatdırmaq niyyətindəyik”.
Onun sözlərinə görə, Bakıya gəldikdə ilk müsbət təəssüratı həm iqtisadi transformasiya, həm də şəhərsalma sahəsində inkişafı görmək olub:
“Düşünürəm ki, Bakıdakı modeldən çox şey öyrənə bilərik. Biz buraya urbanizasiya sahəsində inkişafa nail olmuş başqa ölkələrin təcrübəsindən öyrənməyə gəlmişik. Forumdan gözləntilərimiz həm Konqo barədə danışmaq, eyni zamanda investorlar cəlb etməkdir”.