AZ

UN-Habitat rəsmisi: Artan bərabərsizlik müasir şəhərlərin əsas problemləridir

Bakı, 17 may, AZƏRTAC

Nəqliyyat, su təchizatı, enerji təminatı və ictimai məkanlar insanların gündəlik həyat keyfiyyətini müəyyən edən əsas amillərdir.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər üzrə Əsas Xidmətlər Bölməsinin rəhbəri Andre Dzikus BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclasında çıxışı zamanı bildirib.

O bildirib ki, mənzil böhranı, qeyri-rəsmi məskənlərin genişlənməsi, iqlim dəyişikliyinin artan təsirləri və artan bərabərsizlik müasir şəhərlərin əsas problemləridir.

“Xidmətlərin olmadığı ərazilərdə bərabərsizlik artır, xidmətlərin güclü olduğu şəhərlərdə isə iqtisadi inkişaf müşahidə olunur. Ərazilər xidmətlərdən ayrı düşdükdə şəhərlərdə parçalanma yaranır, inteqrasiya olunduqda isə dayanıqlı inkişaf üçün əlverişli mühit formalaşır. Bu transformasiya hər hansı bir kommunal qurum, şəhər və ya şəxs tərəfindən həyata keçirilə bilməz. Dövlət və özəl sektorlar arasında tərəfdaşlıqlar vacibdir. Effektiv tərəfdaşlıqlar təkcə strategiya deyil, həm də etimad, hesabatlılıq və vahid maliyyə planlaması üzərində qurulur”, - deyə o bildirib.

Müxbir - Vüsalə Səfərova, Nailə Həsənova
Operator - İlham Nadirov
Seçilən
18
azertag.az

1Mənbələr