ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 may, AZƏRTAC
Şəhərlərin yaşıllaşdırılması daha dayanıqlı, sağlam və təhlükəsiz mühitin formalaşmasına töhfə verə bilər.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən, Qananın “Dale’s Foundation” qeyri-hökumət təşkilatının nümayəndəsi Komfort Glikpo deyib.
O, qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində fəaliyyət göstərdiyini bildirib. "Təşkilatımızın əsas məqsədi qadınların şəhərətrafı və yoxsul yaşayış məntəqələrində daha dayanıqlı və güclü ola bilməsinə dəstək verməkdir", - deyə qonaq bildirib.
Müxbirlər - Tərgül Babayeva, Aytac Haqverdiyeva, Leyla Muradzadə
Fotoqraf - Aydın Məmmədov
Operator - Mir Rəsul Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.