2050-ci ilə qədər dünya əhalisinin böyük hissəsini şəhərlərdə yaşayan uşaqlar və gənclər təşkil edəcək.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasının açılış sessiyasında UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü və “Young Africans for Sustainable Africa” təşkilatının icraçı direktoru Jonathan Some bildirib.
Onun sözlərinə görə, həmin dövrdə dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq və bu şəhərləri öz evi, məktəbi və gələcək iş yeri kimi görənlərin əksəriyyəti gənclər olacaq.
Jonathan Some qeyd edib ki, buna görə də şəhərsalma və mənzil siyasəti ilə bağlı qərarların qəbulunda gənclərin iştirakı təmin olunmalıdır.
“Şikayətlərdən öhdəliklərə, müzakirələrdən fəaliyyətə, problemlərdən isə həll yollarına keçməliyik”, – o vurğulayıb.