Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın gələcək karyerası ilə bağlı yekun qərarı bəllidir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan ispaniyalı mütəxəssis bu yay "şəhərlilər"lə vidalaşacaq.
Mənbə Pepin bir neçə həftə öncə rəhbərliklə görüşərək qərarını açıqladığını və yaxın günlərdə ictimaiyyətə bu barədə məlumat veriləcəyini vurğulayıb.
Qvardiola 2016-cı ilin yayından bəri "Mançester Siti"nin "sükanı arxası"ndadır. Cari mövsüm onun rəhbərliyi altında komanda Liqa Kubokunu və FA Kubokunu qazanıb. 36 tura 77 xal toplayan Mançester komandası Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. MS lider "Arsenal"dan iki xal geridədir.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.