AZ

Bahar Muradova: “Şəhərlər insan yönümlü olmalıdır”

"İnsanların həyat keyfiyyəti yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda təhlükəsiz, əlçatan və insan yönümlü şəhər məkanlarında yaşamaq imkanından da asılıdır".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində keçirilən Qadınlar Assambleyasının iclasında deyib.

O bildirib ki, bu gün dünyanın bir çox bölgəsində qadınlar və qızlar adekvat mənzilə və təhlükəsiz yaşayış şəraitinə çıxış baxımından hələ də ciddi çətinliklərlə üzləşirlər: Dominos pizza

"Silahlı münaqişələr, humanitar böhranlar və iqlim dəyişikliyi onların həssaslığını artırır və əsas xidmətlərə çıxışı məhdudlaşdırır. Eyni zamanda, mülkiyyət hüquqlarına, iqtisadi imkanlara və sosial müdafiə mexanizmlərinə qeyri-bərabər çıxış mövcud bərabərsizlikləri daha da dərinləşdirir. Bu səbəbdən gender-həssas yanaşmalar şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin vacib hissəsinə çevrilib.

Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan postmünaqişə dövründə dayanıqlı bərpa modeli və insan yönümlü şəhər inkişafını təşviq edir".

Bahar Muradova əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur:

"Yaşıl inkişaf, rəqəmsal innovasiya, sosial inteqrasiya və təhlükəsiz yaşayış şəraiti qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir. Qadınlar və qızlar üçün bərabər imkanların təmin olunması əsas prioritet kimi müəyyən edilir.

Bu yanaşma paytaxt şəhərimizin inkişaf modelində də öz əksini tapır. Bakı təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi çıxış edir. İctimai məkanlara, mobilliyə, yaşıl infrastruktura və sosial xidmətlərə xüsusi diqqət yetirilir. Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi şəhərlərin qlobal dialoq və əməkdaşlıqdakı artan rolunu nümayiş etdirir. Bu yanaşma UN-Habitat tərəfindən təşviq edilən "Şəhərlərin Səsi" konsepsiyası ilə tam uyğunluq təşkil edir. Müasir şəhər siyasətinin effektivliyi vahid inkişaf çərçivəsində müxtəlif sektorlar arasında koordinasiyadan asılıdır. Bu baxımdan gender-transformativ yanaşmalar şəhər idarəçiliyinin və dayanıqlı inkişafın ayrılmaz hissəsi kimi qəbul edilməlidir".


Telegram kanalımız
Seçilən
27
4
yenisabah.az

10Mənbələr