ain.az, Baku.ws portalına istinadən məlumat verir.
"Qarabağ və Şərqi Zəngəzur bölgələrində biz sadəcə əraziləri yenidən qurmuruq. Çünki yenidənqurma yalnız yolların və binaların inşası deyil, bu, imkanların və gündəlik həyatın yenidən qurulmasıdır".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasında deyib.
Nazir müavini bildirib ki, bu gün Azərbaycan həmin ərazilərdə yüzlərlə yaşayış məntəqəsi inşa edib:
"Biz yaşamaq, işləmək, təhsil almaq və inkişaf etmək anlayışını yaşıl enerji, rəqəmsal innovasiya və insan mərkəzli şəhərsalma vasitəsilə yenidən formalaşdırırıq. Bu gün artıq minlərlə insan yenidən canlandırılan bu ərazilərdə yaşayır, çalışır və təhsil alır. Mədəni irsin qorunması, ənənələrin yaşadılması və sosial həmrəyliyin gücləndirilməsi dayanıqlı şəhər inkişafının vacib hissəsidir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.