ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında və Uqandada Ebola virusuna yoluxma hallarının artmasını ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
Axar.az xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” nəşri məlumat yayıb.
Məlumata görə, epidemiyaya Konqonun şərqidəki İturi əyalətində Bundibugyo virusunun sürətlə yayılması və Uqandanın paytaxtı Kampalada təsdiqlənmiş yoluxma hallarının ortaya çıxması səbəb olub.
ÜST-nin məlumatına görə, Konqoda laboratoriya şəraitində təsdiqlənmiş səkkiz Ebola hadisəsi, təxminən 250 şübhəli yoluxma və ən azı 80 ölüm halı qeydə alınıb. İnfeksiya artıq ölkənin paytaxtı Kinşasaya çatıb. Uqandada iki yoluxma halı təsdiqlənib, lakin hakimiyyət orqanları yoluxmaların faktiki sayının daha çox ola biləcəyindən narahatdır.
Bundibugyo ştammı ilk dəfə 2007-ci ildə aşkar edilib və hələ də ona qarşı təsirli bir peyvənd yoxdur. Vəziyyətin ciddiliyinə baxmayaraq, ÜST hələlik bu epidemiyanın pandemiya olduğunu hesab etmir.
Təşkilat Konqo və Uqandanı infeksiyanın izlənməsi, yoluxanların təcrid edilməsi və virusun yayılmasının nəzarətdə saxlanılması istiqamətində tədbirləri gücləndirməyə çağırıb. Qonşu ölkələrə xəbərdarlıq səviyyəsini artırmaq tövsiyə olunub, lakin ÜST sərhədləri bağlamamağı və ya beynəlxalq səyahət və ticarəti məhdudlaşdırmamağı tövsiyə edir, çünki bu cür tədbirlər fayda deyil, daha çox zərər verə bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.