AZ

Qvardiola onlara qadağa qoydu

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kuboku finalında qələbədən sonra fikirlərini bölüşüb.

"Ölkə.az" xəbər verir ki, o, klubda rəhbərlik, məşqçi heyəti və oyunçuların eyni istiqamətdə işləməsi nəticələri asanlaşdırdığını bildirib:

“Komanda, məşqçi və rəhbərlik eyni dalğada olanda hər şey daha asan olur. Əgər məşqçilər tez-tez dəyişdirilirsə, bu çətindir. Vaxt lazımdır. Gələcək parlaqdır. Mən oyunçuları tanıyıram, onların hisslərini və fədakarlığını bilirəm”.

İspan mütəxəssis həmçinin mövsüm ərzində ciddi zədə problemlərinə də toxunub:

“Oktyabr və noyabrda 13 zədəmiz oldu. Əgər bu zədələr olmasaydı, bəlkə də Antuanı və Mark Qehini transfer etməzdik. Amma onlar komandaya yaxşı uyğunlaşdılar”.

Sonda isə o, komandanın bayram planını açıqlayıb:

“Oyunçuların əyləncəsinə icazə verməyəcəyəm, hətta bir pivəyə də yox. Biz gələn bazar ertəsi, “Aston Villa” ilə matçdan sonra qeyd edəcəyik.”

Finalda “şəhərlilər” “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Antuan Semenyo vurub.

Seçilən
23
2
olke.az

3Mənbələr