Azərbaycan WUF13-ə ev sahibliyi edərək müasir şəhər inkişafının dayanıqlığın gücləndirilməsində, yaşayış şəraitinin yaxşılaşdırılmasında və imkanlara çıxışın genişləndirilməsindəki rolunun nümayişi üçün mühüm platforma təqdim edir.
Hit.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.
"WUF13-ün ev sahibi olaraq Azərbaycan müasir şəhər inkişafının dünyanı icmalar üçün konkret üstünlüklərə - o cümlədən yaşayış şəraitinin yaxşılaşdırılmasına, rəqəmsal əlaqəliliyə və iqtisadi imkanlara çıxışa çevirə biləcəyini nümayiş etdirmək üçün mühüm platformaya malikdir", - o deyib.