AZ

SON DƏQİQƏ: Prezidentliyə namizədə SİLAHLI HÜCUM – Eskobar və köməkçisi GÜLLƏLƏNDİ

Kolumbiyada prezidentliyə namizədin seçki qərargahına silahlı hücum olub.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində prezidentliyə namizəd Abelardo de la Espriellanın seçki kampaniyasının rəhbəri Maurisioo Devia Eskobar və onun köməkçisi Fabian Kardona güllələnərək öldürülüb.

Hücum paytaxt Boqotanın cənubunda yerləşən Kubarral kənd bölgəsindəki yerli seçki qərargahında baş verib.

Departament qubernatoru Rafaela Kortes bildirib ki, hücum edən şəxslərin kimliyi hələ müəyyən edilməyib.

Kolumbiyada seçkilər ərəfəsində siyasi zorakılıqların artdığı qeyd olunur. Seçkilərin Monitorinqi Missiyasının məlumatına əsasən, mayın 31-nə planlaşdırılan ümumi seçkilər öncəsi ölkədə azı 61 siyasətçi, namizəd və seçki əməkdaşı qətlə yetirilib.

Qeyd edək ki, bundan əvvəl seçkiqabağı siyasi qətllərin sayına görə ən yüksək göstərici Meksikada qeydə alınmışdı. Belə ki, 2024-cü il ümumi seçkiləri ərəfəsində burada 37 siyasi xadim öldürülmüşdü.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
61
2
konkret.az

3Mənbələr