ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı daxilində Slovakiya su idarəçiliyi sahəsində böyük təcrübəyə malik ölkə kimi çox yaxşı tanınır.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Slovakiyanın Baş nazir müavini və ətraf mühit naziri Tomas Taraba deyib.
O, su qıtlığı sahəsində prioritetlərdən danışıb:
“Biz hələlik ciddi su qıtlığı hiss etmirik. Amma digər tərəfdən şəhərlərə keyfiyyətli suyun necə çatdırılması ilə bağlı böyük təcrübəmiz var. Bizim prioritetimiz də məhz budur ki, icmaları necə dəstəkləmək və su idarəçiliyi baxımından kifayət qədər resurs təmin etmək barədə bilik və təcrübəmizi paylaşmaq. Bu səbəbdən su siyasətinin beynəlxalq münasibətlərin əsas mövzularından birinə çevrilməsi bizim üçün prioritetdir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.