AZ

Bayraqqaldırma mərasimində iştirak edənlər şəhid övlladlarıdır - FOTOLAR

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın övladları da iştirak ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə “ZƏFƏR Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Qeyd edilib ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, qrup komandiri Camal İsmayılovun qızı Əsnad İsmayılzadə forumun açılış mərasimində bayraqqaldırma mərasimində yer alıblar.

Seçilən
10
7
unikal.az

8Mənbələr