"Slovakiyanın Azərbaycanla əla münasibətləri var".
"Unikal" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Slovakiyanın Baş nazir müavini və ətraf mühit naziri Tomaş Taraba deyib.
Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Bakıda olan Taraba qeyd edib ki, iqlim məsələsi Slovakiya üçün prioritetdir: "İqlim dəyişikliyi kimi məsələlərdən danışarkən beynəlxalq əməkdaşlıq vacibdir. Çünki heç bir ölkə bu problemləri təkbaşına həll edə bilməz. Biz bunu yalnız birlikdə bacara bilərik. Bu gün urbanizasiya yeni standartların ciddi təzyiqi altındadır. Biz Avropa İttifaqında standartları çox sürətlə artırırıq. Amma Slovakiya sağlam düşüncəyə əsaslanan ölkədir. Biz açıq şəkildə deyirik ki, hər həll yolu mütləq doğru deyil. Çünki bəzən bəzi iqlim siyasətləri nəticəsində dünyada daha çox yoxsul insan yaranır".
Ağarza Elçinoğlu