AZ

"Neftçi" avrokuboklara vəsiqəni təmin etdi - Premyer Liqa

"Neftçi" cari mövsüm Misli Premyer Liqasında avrokuboklara vəsiqə qazanan sonuncu komanda olub.

Redaktor.az xəbər verir ki, "ağ-qaralar" buna 33-cü turda səfərdə "Sabah" üzərində 1:2 hesablı qələbədən sonra nail olublar.

"Bank Respublika Arena"da son Azərbaycan çempionunun qonağı olan "flaqman"ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. "Bayquşlar"ın qolunu isə Aleksey İsayev (3) vurub.

"Sabah" qarşılaşmanı 10 nəfərlə başa vurub. Komandanın heyətində Coy-Lens Mikels 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bununla da sona 1 tur qalmış xallarının sayını 56-ya çatdıran "Neftçi" UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

Ölkə çempionluğunu əvvəlki turlardan rəsmiləşdirən "Sabah" isə 75 xala malikdir.

Bu matçla eyni vaxtda başlayan "Zirə" - "Sumqayıt" qarşılaşmasında isə ev sahibləri qalib gəliblər - 2:1.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda ev sahiblərindən Ruan Renato (19, 98 - hər ikisi penalti), qonaqlardan isə Aleksandr Ramalinqom (45) fərqləniblər.

51 xalı olan "Zirə"nin mövsümü beşinci bitirəcəyi dəqiqləşib. "Sumqayıt" isə 42 xalla yeddinci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib.

Seçilən
17
4
redaktor.az

5Mənbələr