AZ

Avroviziyanın qalibi Dara "Qalatasaray" forması ilə mesaj verdi

Avroviziyanın qalibi Dara "Qalatasaray" forması ilə mesaj verdi

2026-cı il Avroviziya mahnı müsabiqəsinin finalında Bolqarıstan qalib gəlib.

AFN.az xəbər verir ki, bu il Avstriyanın paytaxtı Vyanada təşkil olunan 70-ci Avroviziya mahnı müsabiqəsinin finalı "Wiener Stadthalle" arenasında baş tutub.

Avroviziya mahnı müsabiqəsinin finalında ardıcıllıqla Danimarka, Almaniya, İsrail, Belçika, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, İngiltərə, Fransa, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Cənubi Kipr Rum Administrasiyası, İtaliya, Norveç, Rumıniya və Avstriya səhnəyə çıxıb.

Münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticəsində Bolqarıstan təmsilçisi Dara "Bangaranga" adlı mahnısı ilə 516 xal toplayaraq birinci olub. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü yerdə qərarlaşıb.

Avroviziyanın çempionu Dara İstanbulda təşkil olunan "Eurovision Watch Party" tədbiri üçün "Qalatasaray" forması geyinərək pərəstişkarlarına video müraciət ünvanlayıb.

Dara videoda türkcə "Mərhaba Türkiyə! Necəsiz?" ifadələrini işlədərək pərəstişkarlarından dəstək istəyib.

Qeyd edək ki, Avroviziyada İsrailin iştirakını etirazla qarşılayan İspaniya, Sloveniya, Niderland, İslandiya və İrlandiya builki müsabiqəyə qatılmayıb.

Seçilən
96
afn.az

1Mənbələr