Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Sabah” - “Neftçi” matçı gərginliklə yadda qalıb.
QOL.az xəbər verir ki, matçın son dəqiqələrində futbolçular arasında dava düşüb.
Qarşılaşmanın 84-cü dəqiqəsində meydan sahiblərinin legioneri Coy-Lens Mikels topu “Neftçi”nin ehtiyat oyunçular skamyasında əyləşən futbolçusu Emil Səfərova tərəf atıb. Emil Səfərovun bu hərəkətə qarşılıq verməsindən sonra tərəflər arasında gərginlik pik həddə çatıb.
Baş hakim Kamal Umudlu Coy-Lens Mikelsə və Emil Səfərova birbaşa qırmızı vərəqə göstərərək onları meydandan uzaqlaşdırıb.
Qeyd edək ki, gərgin keçən paytaxt derbisi “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.