AZ

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik VİDEO

Bakı, 17 may, AZƏRTAC

Slovakiya BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) çox aktiv rol oynayır. Bu ölkə su ehtiyatlarının idarə olunması, eləcə də şəhərlərin keyfiyyətli su ilə təmin edilməsi sahələrində zəngin təcrübəyə malikdir. Ona görə də icmalara dəstək olaraq bu sahələrlə bağlı təcrübəmizi bölüşməyi və beynəlxalq əməkdaşlığı özümüz üçün prioritet müəyyən etmişik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba səsləndirib.

"Ölkələrimiz arasında çox yaxşı münasibətlər mövcuddur. Prezident İlham Əliyev bir neçə ay əvvəl Slovakiyaya səfər edib. Slovakiya Milli Şurasının Sədri də ölkənizə bir neçə gün əvvəl səfər etmişdi. Mən də bu tədbirdə Slovakiyanın Baş nazirinin nümayəndəsi kimi iştirak edirəm", - deyə o qeyd edib.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Tofiq Babayev

 

Seçilən
11
4
azertag.az

5Mənbələr