AZ

Kubokdan sonra oynamaq asan deyildi Valdas Dambrauskas

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas

"Kuboku da qazandıqdan və bütün emosiyalarımızı orada qoyduqdan sonra bu matçda oynamaq heç də asan deyildi".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 32-ci turunda "Neftçi"yə məğlub olduqları matçdan (1:2) sonra bildirib. Baş məşqçi futbolçularının əzmkarlıq nümayiş etdirdiyini və yaxşı formada olan rəqibə qarşı mübarizə apardıqlarını bildirib:

"Futbolçularım meydanda əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar çempionatda ən yaxşı formada olan komanda idi. Matçın gedişində onlarla kifayət qədər baş-başa mübarizə apardıq. Bu gün meydanda səviyyəcə bir-birindən elə də fərqlənməyən iki komanda izlədik. İndi isə gedib haqq etdiyimiz çempionluğumuzu qeyd edəcəyik. Hər kəsə təşəkkür edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
qol.az

2Mənbələr