AZ

Rusiyada güclü zəlzələ baş verdi

Şimali Kuril adaları sahilləri yaxınlığında Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib və Paramuşirdə də hiss olunub.

Publika.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova “RİA Novosti” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 117 kilometr şərqdə olub. Saat 19:04-də (Bakı vaxtı ilə 12:04) qeydə alınan təkanlar 40 kilometr dərinlikdə yerləşib.

Semenova əlavə edib ki, zəlzələ Severo-Kurilskdə hiss olunub, lakin sunami xəbərdarlığı edilməyib.

Seçilən
39
publika.az

1Mənbələr