AZ

“Neftçi”nin hədəfləri həmişə eyni olur” - Emin Mahmudov

BAKI, 17 may. TELEQRAF

“Çətin qələbə oldu. Çünki necə rəqibə qarşı oynadığımızı bilirdik”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

34 yaşlı futbolçu “Sabah”ı 2:1 məğlub etdikləri oyunu şərh edib:

“Matça yaxşı başlamadıq. Yenə də çalışdıq ki oyunu dəyişək. Qol vurduqdan sonra özümüzə gəldik. Bir qədər həyəcanlı idik. Çünki qələbə bizim üçün çox vacib idi. İnşallah gələcək üçün yaxşı nəticə qazanarıq”.

Mahmudov komandanın avrokuboklara vəsiqə qazanmalarını belə dəyərləndirib:

“Əlbəttə avrokuboklara vəsiqə qazandığımız üçün sevinirik. Mövsümə necə başlamışdıq, necə bitiririk. Bizim üçün çox vacib idi.

"Neftçi"nin hədəfləri həmişə eyni olur. Amma Konfrans Liqasında gələcəyi oyundan-oyuna düşünəcəyik. Konfransda mərhələ adlaya bilsək yaxşı olacaq”.

Seçilən
62
teleqraf.com

1Mənbələr